Yenə “quru hesabla” uduzdu, qrupda sonuncu oldu – “Azərreyl”
22.08.2020 - 10:28
Yenə “quru hesabla” uduzdu, qrupda sonuncu oldu – “Azərreyl”

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Türkiyədə beynəlxalq turnirdə ikinci oyununu keçirib. 

Apasport.az saytının məlumatına görə, Famil Ağayevin rəhbərlik etdiyi kollektiv “Qalatasaray”a 0:3 hesablı məğlubiyyətin ardınca “PTT Spor”la gücünü yoxlayıb. 

Millinin bazası hesab olunan komanda yenə qələbə qazana bilməyib. “PTT Spor” da “quru hesab”la qalib gəlib – 3:0 (25:14, 25:17, 25:13). 

Komandamız hər iki görüşdə uduzduğundan A qrupunda sonuncu olub. Bu səbəbdən onlar “üçlük”də yer almaq şansını itiriblər. “Azərreyl” turnirdə sonuncu olmamaq üçün B qrupunun 3-cüsü “Çan Genclik Kale Spor”la gücünü yoxlayacaq. 
 

0
Azərreyl beynəlxalq turnir PTT Spor