Yeni kapitan - Azərbaycan yığmasında
06.01.2020 - 21:07
Yeni kapitan - Azərbaycan yığmasında

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni kapitanın adı dəqiqləşib. 

Apasport.az saytının məlumatına görə, bu, Macarıstanın “Vaşaş” klubundan yığmaya dəvət alan Ayşən Abduləzimovadır. 

Əsas kapitan Odina Əliyeva Avropa Olimpiya Təsnifat Turnirinə aparılmadığından komandamızın baş məşqçisi Vasif Talıbov sarğını 27 yaşlı blokçuya həvalə edib. Abduləzimova Niderlandın Apeldorun şəhərinin “Omnisport” Sarayında keçiriləcək matçlarda yığmada söz sahibi olacaq.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarış yanvarın 7-12-də baş tutacaq. Azərbaycan millisi ev sahibləri ilə yanaşı, Polşa və Bolqarıstanla birgə A qrupunda yer alıb.  

0
voleybol Ayşən Abduləzimova kapitan