Yeni liqa yaradılır – ABŞ-da
30.04.2020 - 16:37
Yeni liqa yaradılır – ABŞ-da

ABŞ-da qadınlar arasında yeni voleybol liqası yaradılacaq.

Apasport.az saytının məlumatına görə, 2021-ci ilin fevralında start götürəcək qapalı liqada 48 iştirakçı mübarizə aparacaq.

“Athletes Unlimited”də bu 48 voleybolçu 4 komandaya bölünəcək. Bu komandalar klub kimi fəaliyyət göstərmədiyindən onların rəhbərliyi olmayacaq.

Cəmi 6 tur davam edəcək yarışda oyunçuların fərdi göstəriciləri hesablanacaq. Hər turdan sonra 4 komandada ən yaxşılar müəyyənləşəcək. Onlar bir həftəlik kapitan təyin olunacaq. Həmçinin komandaların adları da hər həftə dəyişərək voleybolçuları şərəfinə adlanacaq. Hər iştirakçı 10 min dollar alacaq və məskunlaşmaq üçün yerlə təmin ediləcək. Bundan başqa isə yarış ərzində 450 min mükafat sahibini tapacaq. Bu, komanda nəticələri, həmçinin fərdi göstəricilərə görə bölünəcək. Turnirin ən yaxşısı 25 min mükafat alacaq Lakin hələlik liqanın təşkil olunacağı şəhər dəqiqləşməyib.

Yeni liqada çıxış edəcək məşhur voleybolçulardan biri, karyerası ərzində Azərbaycanda da oynamış Foluke Akinradevo belə turnirin təşkilinin vacibliyini qeyd edib: “10 illik peşəkar karyeraya malikəm. Oynamaqla yaşamağa pul qazanmaq üçün biz ölkə xaricinə getməli olurduq. Bu liqanın yaradılması öz ölkəmizdə oynamaq üçün unikal imkandır”.

Qeyd edək ki, ABŞ-da əvvəllər də qadın voleybolu üzrə liqalar yaradılmasına cəhd olunub. 1975-80, 1988-89, 1993-94 və 2002-ci illərdə fərqli adlarla mövcud olan liqaların heç biri uzunömürlü olmayıb.
 

0