Yığma 16 ildən sonra beynəlxalq arenaya qayıdır
06.11.2019 - 11:47
Yığma 16 ildən sonra beynəlxalq arenaya qayıdır

Həndbol üzrə 18 yaşadək oğlanlar arasında keçiriləcək EHF çempionatının püşkü atılıb. 

APA-nın məlumatına görə, 16 illik fasilədən sonra Azərbaycan yığması da qitəmiqyaslı yarışda iştirak edəcək. 

Vyanada baş tutan püşkün nəticəsinə əsasən, milli Monteneqroda keçiriləcək çempionatda qüvvəsini sınayacaq. Yığma 8 komandanın mübarizə aparacağı turnirdə Latviya, Lüksemburq və Rumıniya ilə birgə B qrupunda yer alıb. A qrupunda isə ev sahibləri ilə yanaşı, Niderland, Türkiyə və Kosova qüvvəsini sınayacaq. 

Matçlar 2020-ci il avqustun 17-23-də olacaq. 

Qeyd edək ki, bu yaş qrupunda Azərbaycan yalnız AVRO-2004-in seçmə oyunlarında qüvvəsini sınayıb. 

0