Yığmamız 104-cü pilləyə endi – reytinq açıqlandı
15.12.2021 - 00:26
Yığmamız 104-cü pilləyə endi – reytinq açıqlandı

FİBA milli komandaların reytinq cədvəlini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu dəfə də siyahıdan kənar qalıb.

Hələ 4 ay əvvəl adı cədvəldən çıxarılan yığmamız hələ də siyahıya qayıtmayıb. Bu da səbəbsiz deyil. Belə ki, son 8 ildə heç bir rəsmi matça çıxmayan komandamızın fəaliyyətsizliyi hələ də bərpa olunmayıb. 

Qadın yığmamız isə dünyada 104-cüdür. 60,9 xala malik komandamız Avropada 44-cü pillədə yer alıb. Millimiz son siyahı ilə müqayisədə bir addım geriləyib. 122 yığmanın yer aldığı cədvələ ABŞ (829,3), İspaniya (685,8) və Avstraliya (670,8) milliləri başçılıq edir.
 

0