Yığmamız qələbə qazana bilmədi - beynəlxalq turnirdə
08.08.2021 - 10:21
Yığmamız qələbə qazana bilmədi - beynəlxalq turnirdə

Avropa çempionatının final mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası “Savaria” beynəlxalq turnirində çıxışını başa vurub.

Apasport.az saytının məlumatına görə, Vüqar Əliyevin yetirmələri Macarıstanda təşkil olunan yarışla qələbəsiz yekunlaşıb.

Voleybolçularımız ev sahiblərinə məğlubiyyətin (2:3) ardınca Niderland və Çexiya önündə aciz qalıblar. Hər iki rəqib 3:0 hesabı ilə qələbə qazanıb. Nəticədə millimiz turniri sonuncu yerdə bitirib.

0