Yığmamızın oyunçusu İsrail klubunda
28.11.2019 - 13:03
Yığmamızın oyunçusu İsrail klubunda

Azərbaycan milli komandasının voleybolçusu Dmitri Obodnikovun yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı blokçu karyerasını İsraildə davam etdirəcək.

O, Hod Haşaron “Makkabi”si ilə müqavilə imzalayıb. 205 sm boya malik voleybolçumuz 2020-ci il aprelin 30-dək bu komandanın şərəfini qoruyacaq.

Qeyd edək ki, D.Obodnikov yığmanın heyətində IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısıdır.
 

0
Dmitri Obodnikov voleybol Makkabi