Yığmamızın oyunçusu Monteneqro kubokunu qazandı
30.03.2022 - 13:28
Yığmamızın oyunçusu Monteneqro kubokunu qazandı

Azərbaycan millisinin voleybolçusu Dmitri Baranov növbəti titulunu qazanıb.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı blokçu Monteneqro kubokunun qalibi olub.

Baranov şərəfini qoruduğu “Budva”nın heyətində bu uğura imza atıb. Təmsilçimizin komandası kubokun finalında “Buduçnost”a qalib gəlib - 3:2 (25:19, 25:19, 25:27, 23:25, 15:7). Dmitri bu qarşılaşmada 6 xal toplayıb.

Qeyd edək ki, Baranov Azərbaycan yığması ilə İslam Həmrəylik Oyunlarının gümüş mükafatçısıdır.
 

0