Yığmamızın sabiq hücumçusu Türkiyə klubundan ayrıldı
25.12.2019 - 08:55
Yığmamızın sabiq hücumçusu Türkiyə klubundan ayrıldı

Azərbaycan millisinin sabiq voleybolçusu Yekaterina Jidkova Türkiyə klubundan ayrılıb. 

Apasport.az saytının məlumatına görə, “Nilüfer Belediyespor” 29 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verib. 

Azad agent statusu alan milliləşən voleybolçunun yenidən Azərbaycan klublarında peyda olacağı istisna edilmir. 

Qeyd edək ki, Jidkova mövsümün əvvəlində Türkiyə klubuna transfer olunmuşdu. 
 

0
Yekaterina Jidkova voleybol Nilüfer Belediyespor