Yüksək Liqada növbəti oyunların vaxtı açıqlandı
09.01.2020 - 15:23
Yüksək Liqada növbəti oyunların vaxtı açıqlandı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların keçirilmə yeri və başlama vaxtı dəqiqləşib. 

Apasport.az saytının məlumatına görə, I dövrənin növbəti matçı yanvarın 10-da təşkil olunacaq. 

Həmin gün saat 17:00-da MOİK “Murov”u sınağa çəkəcək. Görüş Voleybol Mərkəzində keçiriləcək.

Ertəsi gün “Neftçi” “Express”lə münasibətinə aydınlıq gətirəcək. Bu qarşılaşmaya isə FHN-nin idman zalı ev sahibliyi edəcək. Görüşün start fiti saat 14:00-da veriləcək. 

Qeyd edək ki, bu oyunlaradək “Neftçi” “Murov”a, MOİK “Azərreyl”ə 3:0 hesabı ilə qalib gəlib. 
 

0
voleybol Yüksək Liqa kişi voleybolçular