“Abşeron” kubokun sahibi olub
04.11.2024 - 21:08
“Abşeron” kubokun sahibi olub

Voleybol üzrə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunan Azərbaycan kubokuna yekun vurulub.

Apasport.az xəbər verir ki, qadın voleybolçuların final matçı baş tutub.

Həlledici dueldə "Abşeron" və "Gəncə" kollektivləri üz-üzə gəliblər. Yarımada təmsilçiləri 3:0 hesablı qələbə ilə kuboka sahib çıxıblar - 25:18, 25:20, 25:16. 

Qeyd edək ki, kişi voldeybolçuların finalında "Xilasedici" "Azərreyl"ə 3:0 hesabı ilə qalib gəlib.

0