AVF-nin məşqçi-müəllimlər üçün təşkil etdiyi kurs başa çatıb
21.01.2025 - 14:16
AVF-nin məşqçi-müəllimlər üçün təşkil etdiyi kurs başa çatıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Gəncə şəhərində məşqçi-müəllimlər üçün təşkil etdiyi kurs başa çatıb.

Apasport.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində baş tutan və beş gün davam edən AVF-nin “1-ci dərəcə” məşqçi kursunda Gəncə ilə yanaşı, ətraf rayon və şəhərlərdən 19 məşqçi-müəllim iştirak edib.

Dərslər AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme tərəfindən keçirilib.

Kursun sonuncu günündə iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçən 8 mütəxəssisə federasiyanın “1-ci dərəcə” sertifikatı təqdim olunub.

Qeyd edək ki, federasiya tərəfindən ötən il Qəbələdə, Sumqayıtda və Bakıda “1-ci dərəcə” məşqçi kursları keçirilib. AVF Bakıda və digər bölgələrdə birinci dərəcə ilə yanaşı, ikinci və üçüncü dərəcəli kurslar da təşkil edəcək. “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak hüququ qazanacaqlar.

0