AVF rəsmisi "Qalatasaray"ın oyununa təyinat alıb
02.12.2025 - 09:53
AVF rəsmisi "Qalatasaray"ın oyununa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer kimi təyinat alıb.

Apasport.az xəbər verir ki, Gözəlbəyli qadın voleybolçular arasında CEV Kubokunun 1/16 final mərhələsində Türkiyənin "Qalatasaray" və Portuqaliyanın "Portu" komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.

Dekabrın 3-də İstanbulda reallaşacaq qarşılaşmanın hakimləri italiyalı Mauro Karlo Qoitre və finlandiyalı Marko Oravaynen olacaq.