AVF rəsmisi Türkiyə klubunun ÇL matçına təyinat alıb
01.12.2025 - 11:14
AVF rəsmisi Türkiyə klubunun ÇL matçına təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Apasport.az xəbər verir ki, Frişman qadın voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin IV raundunun "Olimpiakos" (Yunanıstan) - "Eczacıbaşı" (Türkiyə) matçında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Dekabrın 2-də Yunanıstanın Piraeus şəhərində baş tutacaq oyunun hakimləri bolqarıstanlı Dobromir Dobrev və polşalı Matsey Tvardovski olacaq.