AVF yeniyetmə və gənc qızlar arasında seçimlərə start verir
10.01.2026 - 14:42
AVF yeniyetmə və gənc qızlar arasında seçimlərə start verir

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc qızlar arasında seçimlərə start verir.

Apasport.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məqsədlə Bakı və regionlarda fəaliyyət göstərən Regional Voleybol Klublarında (RVK) "Seçim günü" təşkil olunacaq.

Seçimlər yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma tərəfindən aparılacaq. Prosesdə fərqlənən 2012 və 2013-cü il təvəllüdlü idmançılar müvafiq yaş qrupları üzrə milli komandalara cəlb ediləcəklər.

Seçimlərin yanvar ayında aparılacağı Regional Voleybol Klubları:

13 yanvar

"Bakı RVK" (Bakı şəhəri) – saat 15:00

17 yanvar

"Şərqi Zəngəzur RVK" (Sumqayıt) – saat 12:00

"Sumqayıt RVK" (Sumqayıt) – saat 14:00

24 yanvar

"Gəncə RVK" (Gəncə) – saat 14:00

25 yanvar

"Tovuz RVK" (Tovuz) – saat 14:00

31 yanvar

"Oğuz RVK" (Şəki) – saat 14:00

Qeyd edək ki, növbəti mərhələdə Naxçıvan şəhərində də seçimlərin keçirilməsi planlaşdırılır.