Avropa Qızıl Liqası: Azərbaycan millisi mübarizəyə başlayır
30.05.2025 - 12:39

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasında mübarizəyə start verir.
Apasport.az xəbər verir ki, komandamız bu gün Macarıstan yığması ilə üz-üzə gələcək.
GİN-in Voleybol Mərkəzində baş tutacaq bu görüşün start fiti saat 18:00-da səslənəcək.
Faiq Qarayevin yetirmələri ilk turun oyunlarını Bakıda keçirəcəklər. Paytaxtımızda təşkil olunan bu turun hakimləri serbiyalı Dejan Rogic, türkiyəli Caner Cildir və həmyerlimiz Eldar Zülfüqarovdur.
Avropa Qızıl Liqası (qadınlar)
30.05.2025
18:00 Macarıstan - Azərbaycan
0
0