Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
Apasport.az xəbər verir ki, turnirdə ev sahibi ilə yanaşı, Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna və Polşa yığmaları mübarizə aparacaq.
B qrupunda yer alan millimizin rəqibləri Latviya və Estoniya kollektivləridir. U-16 noyabrın 27-də Estoniya, iki gün sonra Latviya ilə görüşəcək.
Yarış noyabrın 27-30-u aralığında Estoniyada keçiriləcək.
Qeyd edək ki, yarış AVRO-2025-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.