Azərbaycan Yüksək Liqasında IV tura bu gün yekun vurulacaq
26.11.2025 - 10:32
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura bu gün yekun vurulacaq.
Apasport.az xəbər verir ki, turun son qarşılaşması Tovuzda baş tutacaq.
"Turan" evdə "DH Volley" komandası ilə üz-üzə gələcək.
Görüş Tovuz Olimpiya Kompleksində saat 16:00-da start götürəcək.
0
0