Azərbaycan Yüksək Liqasında IX turun növbəti matçı keçiriləcək
13.01.2026 - 11:34
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turun növbəti qarşılaşması keçiriləcək.
Apasport.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Xilasedici" və "Neftçi" komandaları üz-üzə gələcəklər.
Görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 17:00-da başlayacaq.
Qeyd edək ki, turun açılış matçında "Azərreyl" "Ordu"ya 1:3 (16:25, 23:25, 25:16, 22:25) hesabı ilə uduzub.
0
0