
Bu gün qadın voleybolçuların Yüksək Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, finalçılar GİN-in Voleybol Mərkəzində bəlli olub.
“Azərreyl” “Milli Aviasiya Akademiyası”nı sınağa çəkib. Qızıl setdə qalib gələn "dəmiryolçular" həlledici oyuna vəsiqə qazanıb.
“Gəncə” isə “Abşeron”la qarşılaşıb. Bu görüşdə də yarımada təmsilçisi qalib gəlib.
Qeyd edək ki, reqlamentə əsasən, bu mərhələ iki qələbəyədək davam edib. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl Setdə müəyyənləşib.
Yüksək Liqa (qadınlar)
2-ci oyunlar
17 aprel
15:00. “Azərreyl” - “Milli Aviasiya Akademiyası” - 2:3 (21:25, 25:15, 25:22, 16:25, 10:15), Qızıl set - 15:11
GİN-in Voleybol Mərkəzi
İlk oyun – 3:2
17:00. “Gəncə” - “Abşeron” - 0:3 (17:25, 16:25, 17:25)
GİN-in Voleybol Mərkəzi
İlk oyun – 1:3