"Azərreyl"də yeni transfer
26.09.2024 - 14:36
"Azərreyl"də yeni transfer

"Azərreyl" klubunun kişilərdən ibarət komandası heyətini rusiyalı voleybolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Roman Merkuşovla bir mövsümlük müqavilə imzalanıb.

Qeyd edək ki, 24 yaşlı rusiyalı oyunçu daha əvvəl Qazaxıstanda "Burevestnik" (Almatı) klubunun formasını geyinib.

0