“Azərreyl”dən inamlı qələbə
11.03.2025 - 20:26
“Azərreyl”dən inamlı qələbə

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XV turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, bütün qarşılaşmalar Bakıda baş tutub.

Oyun favoritlərin üstünlüyü ilə keçib. “Milli Aviasiya Akademiyası” çempionatın autsayderi UNEC-lə görüşdə çətinlik çəkməyib. Onlar 3:0 hesabı ilə qalib gəliblər. Eyni hesab “Abşeron” - “Murov Az Terminal” və “Azərreyl” - “Gəncə” matçlarında da qeydə alınıb.

Yüksək Liqa (qadınlar)
XV tur
11 mart

16:00. UNEC – “Milli Aviasiya Akademiyası” - 0:3 (7:25, 9:25, 16:25)

16:00. “Murov Az Terminal” - “Abşeron” - 0:3 (18:25, 18:25, 25:27)

18:00. “Azərreyl” - “Gəncə” - 3:0 (31:29, 25:16, 25:19)