“Azərreyl”dən yeni transfer
23.09.2024 - 20:25
“Azərreyl”dən yeni transfer

“Azərreyl” heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, klub Nayka Beniteslə müqavilə imzalayıb.

Puerto-rikolu voleybolçu ilə razılaşma mövsümün sonuna kimi nəzərdə tutulub. 35 yaşlı oyunçu libero mövqeyində çıxış edir.

Qeyd edək ki, Benites son mövsümü ölkəsinin “Atenienses de Manati” klubunda keçirib.

0