Basketbol Federasiyası loqosunu dəyişdi
17.05.2022 - 11:30
Basketbol Federasiyası loqosunu dəyişdi

Azərbaycan Basketbol Federasiyasının yeni loqosu təqdim olunub.

Apasport.az saytının məlumatına görə, qurumun “Yeni nəfəs, yeni başlanğıc” adlı tədbirində ağ fonda dizayn edilmiş loqo Azərbaycan bayrağının rənglərini tərənnüm edir.

Sadə şəkildə formalaşan loqoda basketbol topu əsas vasitəçi kimi göstərilib. Həmçinin basketbol meydançası, Azərbaycan bayrağının rənglərini əks etdirən lentlər və buta simvolu loqoda yer alıb.

0