Çelenc Kuboku: "Xilasedici" bu gün növbəti matçına çıxacaq
20.11.2025 - 10:10
Çelenc Kuboku: "Xilasedici" bu gün növbəti matçına çıxacaq

Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandası bu gün Çelenc Kubokunda 1/32 final mərhələsinin cavab görüşünə çıxacaq.

Apasport.az xəbər verir ki, Bakı təmsilçisi evdə Rumıniyanın "Styaua" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma saat 18:00-da FHN-in idman zalında start götürəcək.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk görüşdə "Xilasedici" rəqibinə 0:3 hesabı ilə uduzub.