CEV-in yeni prezidenti seçilib
24.08.2024 - 17:36
CEV-in yeni prezidenti seçilib

Bu gün İtaliyanın Neapol şəhərində Avropa Voleybol Konfederasiyasının (CEV) Baş Assambleyası baş tutub.

Apasport.az xəbər verir ki, tədbir çərçivəsində qurumun prezidenti vəzifəsinə seçkilər keçirilib.

Səsvermə nəticəsində 36 səs yığan xorvatiyalı Roko Sikiriç CEV-in yeni prezidenti seçilib. 

Qeyd edək ki, tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev iştirak edib. AVF prezidentinin müşaviri, CEV İdarə heyətinin üzvü Cəlil Cəfərov isə CEV nümayəndəsi kimi Assambleyada iştirak edib.

 

0