“Neftçi” tura yekun vuracaq
09.03.2022 - 12:08
“Neftçi” tura yekun vuracaq

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların keçirilmə vaxtı və yeri dəqiqləşib. 

Apasport.az saytının məlumatına görə, II dövrənin sonuncu turu martın 10-da “Murov” voleybol klubunun idman zalında təşkil olunacaq. 

X turun ilk qarşılaşması saat 15:00-da “Sərhədçi” – “Murov” arasında olacaq. Dövrənin son matçı isə 2 saat sonra başlayacaq. Həmin görüşdə “Neftçi” “Ekspress”i sınağa çəkəcək. 
 

0