Ebrar Karakurt Rusiya klubundan ayrılıb
14.05.2025 - 10:44
Ebrar Karakurt Rusiya klubundan ayrılıb

Qadınlardan ibarət Türkiyə millisinin voleybolçusu Ebrar Karakurt Rusiyanın “Lokomotiv” komandasından ayrılıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Onun müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib.

Hücumçu 2023-cü ildən Rusiya təmsilçisində çıxış edirdi.