“Gəncə” və MAA ilk raundu qalib başa vurdu
28.03.2026 - 22:35
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.
Apasport.az xəbər verir ki, qarşılaşmalar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.
"Abşeron" komandası "Milli Aviasiya Akademiyası"na, UNEC isə "Gəncə"yə 2:3 hesabı ilə məğlub olub.
Ötən gün bu raudun ilk görüşlərində "Azərreyl" "DH Volley"ə, "Murov Az Terminal" isə Turan"a 0:3 hesabı ilə uduzub. 1/4 final mərhələsinin cavab matçları aprelin 2-3-də keçiriləcək.
- FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme Azərbaycan yığmasının üzvləri ilə görüşüb
- Azərbaycan yığmasının Avropa Liqası üçün heyəti açıqlanıb
- Qadın voleybolçulardan ibarət millimiz xaricdəki təlim-məşq toplanışını yekunlaşdırıb
- Millimiz Belarus klubuna məğlub olub
- EuroVolley-2026-nın rəsmi topları təqdim olunub
0
0