"Gənclər" "Abşeron"la üz-üzə gələcək
18.01.2026 - 11:42
"Gənclər" "Abşeron"la üz-üzə gələcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün daha bir matç baş tutacaq.

Apasport.az xəbər verir ki, VIII turdan təxirə salınmış oyunda "Gənclər" "Abşeron"la üz-üzə gələcək.

Qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 17:00-da başlayacaq.