III MDB Oyunları: Millimiz bürünc medal qazandı
06.10.2025 - 11:53

III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol üzrə üçüncü yer uğrunda matç baş tutub.
Apasport.az xəbər verir ki, Azərbaycanın qızlardan ibarət millisi Özbəkistana qalib gələrək (3:1) bürünc medal qazanıb.
Qeyd edək ki, voleybol yarışlarına bu gün, oktyabrın 6-da yekun vurulacaq. Finalda Belarus və Rusiya komandaları qarşılaşacaqlar.
0
0