Komandamızın Çempionlar Liqasındakı rəqibi bəlli olub
15.07.2025 - 17:07
Komandamızın Çempionlar Liqasındakı rəqibi bəlli olub

Kişi voleybolçular arasında Çempionlar Liqasının püşkü atılıb. 

Apasport.az xəbər verir ki, mərasimdə Azərbaycan çempionu “Azərreyl”in də rəqibi dəqiqləşib. 

Bakı təmsilçisi I təsnifat mərhələsində Serbiyanın “Radniçki” klubu ilə qarşılaşacaq. İlk görüşlər oktyabr 21-23-də, cavab matçı bir həftə sonra olacaq.