Millilərimiz Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər
13.06.2025 - 09:34
Millilərimiz Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər

Kişi və qadın voleybolçulardan ibarət Azərbaycan milliləri bu gün növbəti oyunlarını keçirəcəklər.

Apasport.az xəbər verir ki, qadınlardan ibarət komanda Qızıl Avropa Liqasında Xorvatiya ilə üz-üzə gələcək.

Kişilərdən ibarət kollektiv isə Gümüş Avropa Liqasında Lüksemburqla qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək. 

Görüş saat 18:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.