Millimiz Avstriyaya məğlub oldu
22.06.2025 - 09:17
Millimiz Avstriyaya məğlub oldu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında sonuncu matçına çıxıb.

Apasport.az xəbər verir ki, Fərid Cəlalovun komandası Farer adalarında Avstriyanı sınağa çəkib.

İlk 5 oyunda 2 qələbə qazanan yığmamızın növbəti 3 xal uğrunda mübarizə aparıb. Amma voleybolçularımızın istəyi alınmayıb. Güclü rəqiblə görüşdə millimiz hər setdə uduzub.

Komandamız turniri 6 xalla başa vurub.

Avropa Gümüş Liqası
III tur, 6-cı oyun
Kişilər
Avstriya - Azərbaycan - 3:0 (25:18, 25:18, 25:14)
Hakimlər:
 David Ryan (Farer adaları), Niklas Tomsen (Danimarka)