Millimiz məğlub oldu - YENİLƏNİB
13.06.2026 - 22:14
Millimiz məğlub oldu - YENİLƏNİB

Azərbaycanın kişilərdən ibarət voleybol millisi Avropa Liqasında növbəti oyununu bu gün keçirib.

Apasport.az xəbər verir ki, koollektiv İspaniya seçməsi ilə münasibətlərə aydınlıq gətirib.

Komandamız bu görüşdə 0:3 (17:25, 16:25, 20:25) hesabı ilə məğlub olub.

Qeyd edək ki, üçüncü turun oyunları 19-21 iyun tarixlərində Bakıda keçiriləcək. Bu mərhələdə komandamızın rəqibləri Macarıstan və Portuqaliya yığmaları olacaq.