16 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Polşanın Debica şəhərinə yola düşüb.
Apasport.az xəbər verir ki, U-16 14 oyunçu ilə səfərə yollanıb.
Şahin Çatmanın rəhbərlik etdiyi komanda Estoniya, Litva və Ukrayna kollektivləri ilə üz-üzə gələcək. Yığma ilk matçını noyabrın 20-də Estoniyaya qarşı keçirəcək.
U-16 millimizin heyəti:
Oyunçular: Nisə Əlizadə, Mələk Hacızadə, Aysel Nəbiyeva, Fatimə Əliyeva, Liel Vetkina, Kamilla Manaxova, Çinarə Yusubova, Aylin Əlizadə, Dilarə Ağayeva, Nuray Vahablı, Zeynəb Quluzadə, Mədinə Əlibəyova, Məryəm Qocayeva, Çinarə Rəhimova.
Baş məşqçi: Şahin Çatma
Məşqçilər: Hamid Anvari, Pərvin Səfərli.
Qeyd edək ki, noyabrın 20-23-də baş tutacaq yarış AVRO-2025-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.