Millimiz quru hesabla uduzdu - YENİLƏNİB
17.08.2022 - 19:41
Millimiz quru hesabla uduzdu - YENİLƏNİB

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi AVRO-2023-ün təsnifat mərhələsində çıxışını davam etdirir.

Apasport.az saytının məlumatına görə, komandamız bu gün üçüncü oyununu keçirib.

A qrupunda qərarlaşan Pərviz Səmədovun yetirmələri III turda Türkiyə ilə üz-üzə gəlib. Görüş İstanbuldakı Burhan Fələk Voleybol Salonunda baş tutub.

Matçın taleyi üç setdə həll olunub. Millimiz rəqibinə müqavimət göstərməyə çalışsa da, quru hesabla uduzub.

Qeyd edək ki, Azərbaycan yığması qrupdakı ilk iki oyununda Danimarkaya 1:3, Türkiyəyə isə 0:3 hesabı ilə uduzub. Komandamız növbəti matçını avqustun 20-də Middelfartda Danimarkaya qarşı keçirəcək.

AVRO-2023-ün təsnifat mərhələsi
A qrupu
17 avqust
18:30 Türkiyə - Azərbaycan – 3:0 (25:16, 25:16, 25:19)

İstanbul. Burhan Fələk Voleybol Salonu

0