
Qadın voleybolçulardan ibarət Avropa Qızıl Liqasında bu gün II mərhələyə start verilib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi Slovakiya keçiriləcək turda ev sahibləri ilə qarşılaşıb.
Aktivində set və xal olmayan Faiq Qarayevin yetirmələrin 3-cü oyunlarında bu tilsimi qıra bilməyiblər. Oyun Slovakiya yığmasının üstünlüyü ilə keçib. Hər 3 setdə qalib gələn rəqib mövsümdə ikinci qələbəsini qazanıb.
Hər 3 oyunda uduzan millimiz bu dəfə də setə həsrət qalıb.
Qızıl Avropa Liqası
6 iyun, III tur
22:00. Azərbaycan – Slovakiya - 0:3 (20:25, 12:25, 20:25)
Hakimlər: Bosko Miliç (Avstriya), İqor Şimpl (Slovakiya)