Millimizdən inamlı qələbə
21.06.2025 - 00:04
Millimizdən inamlı qələbə

Kişi voleybolçular arasında Avropa Gümüş Liqasında sonuncu mərhələyə start verilib.

Apasport.az xəbər verir ki, Sandurda baş tutacaq III turun ilk oyununda Azərbaycan millisi ev sahibi Farer adaları ilə üz-üzə gəlib.

Qarşılaşmaya Fərid Cəlalovun komandası zəif başlayıb. İlk seti meydan sahibləri qazansalar da, voldeybolçularımız oyunda dönüş yarada biliblər. Növbəti 3 setdə qalib gələn millimiz 3:1 hesabı ilə qalib gəliblər.

5 oyundan sonra hesabında 6 xal olan Azərbaycan yığması 4-cü pillədə qərarlaşıb. Farer adaları isə 3 matçdan sonra 2 xalla 6-cıdır.

Avropa Gümüş Liqası
20 iyun
III tur, 5-ci oyun
Kişilər
19:00. Azərbaycan – Farer adaları - 3:1 (17:25, 25:15, 25:22, 25:23)
Hakimlər: 
Niklas Tomsen (Danimarka), Raymond Haamberq (Niderland)
Sandur, “Höllin inni i Dal”

Qeyd edək ki, yığmamız sabah axırıncı matçını Avstriyaya qarşı keçirəcək.