“Möminə Xatun”dan yeni transfer
05.07.2026 - 14:43
"Möminə Xatun” voleybol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Naxçıvan təmsilçisi Azərbaycan millisinin hücumçusu Marqarita Stepanenko ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli voleybolçu karyerası ərzində Türkiyə, Polşa, Yunanıstan, Belarus, Ukrayna, Macarıstan və İsrail kimi ölkələrin çempionatlarında çıxış edib. O, Azərbaycan millisinin heyətində qitə çempionatlarında da ölkəmizi təmsil edib
0
0