“Murov Az Terminal” “Azərreyl”ə qarşı
25.04.2025 - 09:56
“Murov Az Terminal” “Azərreyl”ə qarşı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi bu gün bəlli olacaq.

Apasport.az xəbər verir ki, həlledici matçda “Murov Az Terminal” və “Azərreyl” komandaları üz-üzə gələcək.

Qarşılaşma, Milli Gimnastika Arenasında, saat 15:00-da start götürəcək. Komandalar arasında ilk final matçında "Azərreyl" 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, reqlamentə görə, qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), “qızıl set” oynanılacaq.