“Neftçi” bürünc medalçı oldu
18.04.2026 - 15:09
“Neftçi” bürünc medalçı oldu

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bürünc medalçı müəyyənləşib.

Apasport.az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə "Neftçi" və "Murov Az Terminal" komandaları üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan qarşılaşma "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:17, 25:17, 25:13).

Saat 16:00-da final matçı baş tutacaq. "Xilasedici" və "Ordu" münasibətlərə aydınlıq gətirəcəklər.