“Neftçi” “Murov Az Terminal”a uduzdu
28.03.2025 - 19:19
“Neftçi” “Murov Az Terminal”a uduzdu

Kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları keçirilib. 

Apasport.az xəbər verir ki, XVII tur çərçivəsində 2 qarşılaşma baş tutub. 

“Gənclər”  “Azərreyl”lə, “Xilasedici” MOİK-lə, “Neftçi” isə “Murov Az Terminal”la üz-üzə gəlib. 

“Azərreyl” və “Xilasedici” komandaları 3:0, “Murov Az Terminal” klubu isə 3:1 hesabı ilə qələbə qazanıblar.

Yüksək Liqa 
28 mart 
XVII tur 

“Xilasedici” - MOİK 3:0 (27:25, 25:15, 25:15)
“Gənclər” - “Azərreyl” 0:3 (23:25, 14:25, 13:25)
“Neftçi” - “Murov Az Terminal” 1:3 (20:25, 27:29,  27:25, 16:25)