[b]Seksual həndbolçumuz evləndi[/b]
20.06.2018 - 10:50
[b]Seksual həndbolçumuz evləndi[/b]

Azərbaycan yığmasının həndbolçusu Mariya Raçitelyeva subaylığın daşını atıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı milliləşdirilmiş rusiyalı həmyerlisi ilə ailə qurub.

 

Həmişə seksual şəkilləri ilə diqqət mərkəzinə düşən Raçitelyeva bu dəfə sosial şəbəkədə toyundan fotolar paylaşıb. Bərbərlə evlənən Raçitelyeva bildirib ki, hər şey ürəyincədi: “Biz bir-birimizi ailə kimi çoxdan qəbul etmişdik. Amma indi bunu rəsmiləşdirdik”.

 

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında yığmamızda oynayan və çempion tituluna yiyələnən həndbolçu bir müddət Rusiya vətəndaşı kimi də göstərilib.   

 

 

 

 

 

0