Türkiyə millisi dünya çempionatının finalında
06.09.2025 - 14:30
Türkiyə millisi dünya çempionatının finalında

2025-ci il FIVB qadınlararası voleybol üzrə dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, Türkiyə millisi yarımfinalda Yaponiya seçməsi ilə qarşılaşıb. 

Görüş "ay-ulduzlular"ın 3:1 hesablı qələbəsi ilə nəticələnib. 

Bununla da, komanda finala yüksəlib.

Qeyd edək ki, Türkiyənin buradakı rəqibi Braziliya - İtaliya matçının qalibi olacaq.