Türkiyə millisi gümüş medalçı olub
07.09.2025 - 18:47
Türkiyə millisi gümüş medalçı olub

2025-ci il FIVB qadınlararası voleybol üzrə dünya çempionatı başa çatıb.

Apasport.az xəbər verir ki, bu gün turnirin final matçı keçirilib.

Türkiyə millisi həlledici dueldə İtaliya seçməsi ilə qarşılaşıb. 

Görüş "üçrənglilər”in 3:2 hesablı qələbəsi ilə nəticələnib. 

Bununla da, Türkiyə millisi tarixində ilk dəfə dünya çempionatının gümüş medalını qazanıb.