Türkiyəli oyunçu "Gəncə" klubunda
02.01.2026 - 12:44
Türkiyəli oyunçu "Gəncə" klubunda

"Gəncə" heyətini yeni voleybolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, klub türkiyəli oyunçu Aysu Elveren ilə müqavilə imzalayıb.

21 yaşlı voleybolçunun son klubu Kosova təmsilçisi "Gjinoci" olub. A.Elveren daha əvvəl ölkəsinin "Çanaqqala Bələdiyəspor", "Ortakçı Orhaniyespor", "Bahçelievler Belediyesi" və "Vakıfbank" komandalarının şərəfini qoruyub.