Amerika Milli Basketbol Liqası (NBA) komandalarından “Los-Anceles Leykers”in mövsümün sonunda karyerasını bitirəcək ulduzu Kobe Brayantın forması rekord qiymətə satılıb. Apasport.az saytının məlumatına görə, əfsanəvi oyunçunun ötən ay baş tutan cari mövsümün “All Stars” qarşılaşmasında geyindiyi forma NBA-nın rəsmi saytından satışa çıxarılıb və hərracda 100 min 40 dollara satılıb.
Bu Amerika Milli Basketbol Liqası tarixində rekord qiymətdir.
Qeyd edək ki, daha əvvəl ən baha qiymət – 50 min dollar Lebron Ceymsin “Klivlend Kavalers”ə dönüşündən sonra ilk matçda geyindiyi formanın satışında qeydə alınmışdı.