Sabah qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 1949-cu ildən keçirilməyə başlayan qitənin ən möhtəşəm yarışında sayca 29-cu qalib müəyyənləşəcək.
Belçika və Hollandiyanın birgə ev sahibliyi edəcəyi çempionatda qitənin ən güclü 16 yığması 4 qrupda gücünü yoxlayacaq. Həlledici mərhələdə Azərbaycan millisi də mübarizə aparacaq.
Faiq Qarayevin rəhbərlik etdiyi komanda B qrupunda Türkiyə, Macarıstan və Belçika yığmaları ilə növbəti mərhələ uğrunda yarışacaq. Voleybolçularımız bu rəqiblərlə dəfələrlə üz-üzə gəlib. Onlardan “ay-ulduzlular” bizim üçün heç də arzuolunan komanda deyil. Çünki Avropa Oyunlarında millimizin medal ümidini məhz türklər dəfn etmişdi. Anverpendə yığmamız revanş almaq istəyində olsa da, bu heç də asan rəsmiləşməyəcək.
Son Avropa çempionatının bürünc medalçısı, həmçinin yarışın ev sahibi Belçika ilə də görüşün çətin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar. Çünki rəqib hazırda yaxşı formadadı və doğma divarlar kimi üstünlüyü də var. Bu səbəbdən də onlarla matçın tay-brekə qədər uzanması istisna deyil.
Digər rəqib – Macarıstanı da zəif hesab etmək olmaz. Onlar Avropa Liqasını qazanmaqla final mərhələsinə yüksəlmələrinin təsadüfi olmadığını sübuta yetiriblər. Həmçinin, rəqib ən azı bir mərhələ adlamaq iddiasında olduğunu açıqlayıb.
Lakin komandamızın da bu gün yaxşı formada olduğunu vurğulamalıyıq. Düzdü, son yarışlarda əsas heyət oyunçularımızdan Yana Ağayeva heyətdə yer almayacaq. Amma onun yoxluğunda Faiq Qarayevin komandaya dönüşünü üstünlük hesab etmək olar və millimizin çətinlik çəkmədən qrupdan çıxacağını gözləməyə dəyər. Bu, Avro-2013-dəki uğursuzluğumuzu da unutdura bilər. Əgər ötən yarışdakı kimi qrupda qalsaq, əsl fiasko sayılacaq.
Reqlamentə görə, qrup sonuncuları Avro-2013 ilə vidalaşacaq. II və III yerlərin sahibləri bir-birləri oynayaraq, mübarizəni pley-offda davam etdirəcək. Qrup birinciləri isə birbaşa olaraq 1/4 final mərhələsinə vəsiqə qazanacaq.
Yeri gəlmişkən, Avropa çempionatında ən çox medal qazanan ölkə Rusiyadı. Onların aktivində sabiq SSRİ adı ilə 13, müstəqillikdən sonra 5 çempionluğu var. Həmçinin, Polşa, Almaniya, İtaliya hərəyə 2 dəfə, Çexiya, Hollandiya, Serbiya və Bolqarıstan hərəyə bir dəfə qitənin ən güclüsü olmağı bacarıblar.
Qeyd edək ki, yarışa ev sahibliyi Belçika və Hollandiya, həmçinin ötən turnirdə ilk “beşlik”də yer alan Rusiya, Almaniya, Serbiya, Xorvatiya və İtaliya final mərhələsinə birbaşa qatılıblar.
Azərbaycan millisinin heyəti:
Toppaylayıcılar: 4. Oksana Kurt, 14. Kristina Yaqubova
Blokçular: 2. Kseniya Poznyak, 6. Ayşən Abduləzimova, 15. Aynur Kərimova
Hücumçular: 17. Polina Rəhimova, 5. Odina Bayramova, 11. Yekaterina Jidkova, 20. Marqarita Əzizova
Liberolar: 1. Ceyran Əliyeva, 16. Oksana Kiselyova, 12. Valeriya Məmmədova
Qrupların tərkibi
|
A (Apeldorn) |
B (Antverpen) |
C (Rotterdam) |
D (Eyndhoven) |
|
Hollandiya |
Belçika |
Rusiya |
Serbiya |
|
İtaliya |
Türkiyə |
Xorvatiya |
Almaniya |
|
Polşa |
Macarıstan |
Bolqarıstan |
Rumıniya |
|
Sloveniya |
Azərbaycan |
Belarus |
Çexiya |
A qrupu
|
26/9/2015 |
18:30 |
Sloveniya - Hollandiya |
|
21:30 |
İtaliya - Polşa |
|
|
27/9/2015 |
18:30 |
Hollandiya - Polşa |
|
21:30 |
Sloveniya - İtaliya |
|
|
28/9/2015 |
20:00 |
Polşa - Sloveniya |
|
23:00 |
Hollandiya - İtaliya |
B qrupu
|
26/9/2015 |
18:30 |
Macarıstan - Belçika |
|
23:30 |
Türkiyə - Azərbaycan |
|
|
27/9/2015 |
19:00 |
Belçika - Azərbaycan |
|
22:00 |
Macarıstan - Türkiyə |
|
|
28/9/2015 |
19:00 |
Azərbaycan - Macarıstan |
|
23:00 |
Belçika - Türkiyə |
C qrupu
|
26/9/2015 |
18:00 |
Bolqarıstan - Rusiya |
|
21:00 |
Xorvatiya - Belarus |
|
|
27/9/2015 |
18:00 |
Rusiya - Belarus |
|
21:00 |
Bolqarıstan - Xorvatiya |
|
|
28/9/2015 |
20:00 |
Belarus - Bolqarıstan |
|
23:00 |
Rusiya - Xorvatiya |
D qrupu
|
26/9/2015 |
18:00 |
Çexiya - Rumıniya |
|
21:00 |
Serbiya - Almaniya |
|
|
27/9/2015 |
18:00 |
Rumıniya - Almaniya |
|
21:00 |
Çexiya - Serbiya |
|
|
28/9/2015 |
20:00 |
Almaniya - Çexiya |
|
23:00 |
Rumıniya - Serbiya |
Pley-off mərhələsi
|
30/9/2015 |
Rotterdam |
C 1 – A 3 |
|
Antverpen |
D 2 – B 3 |
|
|
Rotterdam |
A 2 – C 3 |
|
|
Antverpen |
B 2 – D 3 |
1/4 final
|
1/10/2015 |
Rotterdam |
A 1 / C 2 - A 3 cütünün qalibi |
|
Antverpen |
B 1 / D 2 - B 3 cütünün qalibi |
|
|
Rotterdam |
C 1 / A 2 – C 3 cütünün qalibi |
|
|
Sürix |
D 1 / B 2 – D 3 cütünün qalibi |
1/2 final
|
3/10/2015 |
Rotterdam |
I 1/4 final cütünün qalibi – II 1/4 final cütünün qalibi |
|
Rotterdam |
III 1/4 final cütünün qalibi – VI 1/4 final cütünün qalibi |
3-cü yer uğrunda
|
4/10/2015 |
Rotterdam |
1/2 finalın məğlubları |
FİNAL
|
4/10/2015 |
Rotterdam |
1/2 finalın qalibləri |
- Yüksək Liqa: “Murov Az Terminal” və “Ordu”dan qələbə
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq