[b]Millimizin ilk iki oyununun vaxtı müəyyənləşdi[/b]
10.08.2017 - 17:29
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi ilk iki oyunun vaxtı və stadionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamız avqustun 31-də Akko şəhərindəki Municipal stadionunda İsrail millisi ilə görüşəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Sentyabrın 5-də isə komandamız “Dalğa Arena”da İrlandiya komandası ilə qarşılaşacaq. Bu matç saat 19:00-da start götürəcək.
Mənbə: affa.az
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0